Trampa kəhrəba taxt hədiyyə edildi

Trampa kəhrəba taxt hədiyyə edildi Dünya

ABŞ Prezidenti Donald Tramp Polşa Prezidenti Karol Navrotskidən kəhrəbadan hazırlanmış taxt (kreslo - red.) hədiyyə alıb.

News24.az xəbər verir ki, bu barədə “TVN24” telekanalı məlumat yayıb.

Məlumata görə, hədiyyə ilə bağlı məlumat bir neçə ay ərzində gizli saxlanılıb.

ABŞ simvolları ilə bəzədilmiş taxtın müəllifi polşalı usta Lusian Mırtadır. Bununla belə, nə rəsmi şəxslər, nə də kreslonun yaradıcısı onun hazırlanma dəyərini açıqlamayıb.