Trampdan amerikalılara 5 min dollarlıq sürpriz: Şərti açıqladı

Trampdan amerikalılara 5 min dollarlıq sürpriz: Şərti açıqladı Dünya

ABŞ Prezidenti Donald Tramp amerikalılara 5 min dollar vəd edib.

News24.az xəbər verir ki, Tramp Konqres seçkilərində respublikaçıların qalib gələcəyi təqdirdə, yetkinlik yaşına çatmış hər bir amerikalıya 5 min dollar ödəniləcəyini bildirib.

Bununla belə, “Tramp dividendləri” adlandırılan bu vəsaitdən yalnız ABŞ ərazisində istifadə etmək mümkün olacaq.

Hesablamalara görə, ödəniş proqramının ABŞ büdcəsinə 1 trilyon dollardan çox vəsaitə başa gəlməsi mümkündür.