Trampdan gözlənilməz etiraf: “İranla danışıqlar məni maraqlandırmır”

Trampdan gözlənilməz etiraf: “İranla danışıqlar məni maraqlandırmır” Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehranla məsləhətləşmələrin aparılmasına artıq həddindən artıq çox vaxt sərf olunub.

News24.az xəbər verir ki, bu barədə o, CNBC telekanalına müsahibəsində danışıb.

“Düzünü desəm, onların başa çatıb-çatmadığı mənim üçün fərq etmir. Bu, məni qətiyyən maraqlandırmır. Əgər başa çatıbsa, deməli başa çatıb. Yox əgər başa çatmayıbsa, düşünürəm ki, bu danışıqlara həddindən artıq çox vaxt sərf olunub. Açığını desəm, məncə, onlar artıq çox darıxdırıcı olmağa başlayıb”, – ABŞ lideri vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İranın “Tasnim” agentliyi xəbər verib ki, Tehran Livanda İsrail tərəfindən eskalasiyanın artmasına etiraz olaraq Vaşinqtonla mesaj mübadiləsini dayandırıb.

ABŞ və İran arasında atəşkəs rejiminin uzadılmasını və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını nəzərdə tutan saziş layihəsi ilə bağlı mesaj mübadiləsi aparılırdı.