Trampdan İran və İsrailə çağırış

Trampdan İran və İsrailə çağırış Dünya

ABŞ Prezidenti Donald Tramp İsrail və İrana müraciət edərək tərəfləri zərbələr mübadiləsini təcili dayandırmağa və gərginliyi azaltmağa çağırıb.

News24.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında paylaşım edib.

ABŞ lideri dərhal atəşkəsin təmin edilməsinin və münaqişənin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, tərəflər arasında gərginlik iyunun 7-dən 8-nə keçən gecə İranın İsrail ərazisinə raket zərbələri endirməsindən sonra kəskin şəkildə artıb. Tehran bu hücumların İsrailin “Hizbullah” qruplaşmasına qarşı Livanda davam etdirdiyi hərbi əməliyyatlara cavab olduğunu bildirib.

Buna cavab olaraq, İsrail Müdafiə Qüvvələri İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi obyektlərə zərbələr endirib.