Trampdan İrana sərt xəbərdarlıq: "Sui-qəsd olsa, minlərlə raketlə cavab verəcəyik"

Trampdan İrana sərt xəbərdarlıq: "Sui-qəsd olsa, minlərlə raketlə cavab verəcəyik" Dünya

ABŞ Prezidenti Donald Tramp İrandan gələ biləcək mümkün sui-qəsd təhdidi ilə bağlı sərt açıqlama verib.

News24.az xəbər verir ki, Tramp bununla bağlı "Truth Social" hesabında paylaşım edib.

ABŞ lideri bildirib ki, əgər Tehran administrasiyası ona qarşı sui-qəsd və ya qətl cəhdinə əl atarsa, Vaşinqton buna misli görünməmiş hərbi cavab verəcək.

"Min raket artıq hazır vəziyyətdədir və İranı hədəfə alıb. Əgər mənə qarşı səsləndirilən təhdidlər həyata keçirilərsə, onların ardınca dərhal minlərlə raket buraxılacaq", – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, bununla bağlı bütün lazımi göstərişlər artıq verilib. Trampın sözlərinə görə, ABŞ Silahlı Qüvvələri qısa müddət ərzində İranın hərbi və strateji hədəflərinə genişmiqyaslı zərbələr endirməyə hazırdır.