Trampdan İranla bağlı açıqlama: "Mən belə sazişlər bağlamıram!"

Trampdan İranla bağlı açıqlama: "Mən belə sazişlər bağlamıram!" Dünya

ABŞ Prezidenti Donald Tramp İranla mümkün yeni sazişin 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planının tam əksi olacağını bildirib.

News24.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“İranla bağlanacaq saziş ya möhtəşəm və əhəmiyyətli olacaq, ya da ümumiyyətlə olmayacaq. Bu, Barak Obama administrasiyasının imzaladığı fəlakətli sazişin tam əksi olacaq”, – deyə o yazıb.

ABŞ Prezidenti əlavə edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı İranın nüvə silahı əldə etməsi üçün “birbaşa və açıq yol” idi.

“Xeyr, mən belə sazişlər bağlamıram!” – deyə Tramp vurğulayıb.