Trampdan maraqlı etiraf: "Mən heç vaxt bunu etməmişəm"
Dünya
ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, heç vaxt alkoqol içməyib, siqaret çəkməyib və narkotik maddələrdən istifadə etməyib.
News24.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “GB News” telekanalına verdiyi müsahibədə danışıb.
“Pis vərdişləri tərgitmək çox çətindir, buna görə də sadəcə belə vərdişlərə heç başlamamışam”, – o deyib.