Trampdan İranla bağlı açıqlama: "ABŞ hələ işi bitirməyib"

Trampdan İranla bağlı açıqlama: "ABŞ hələ işi bitirməyib" Dünya

ABŞ ilə İran arasındakı münaqişə sona yaxınlaşır, lakin hələ tam bitməyib.

News24.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News” kanalına müsahibəsində bildirib.

“Məncə, bu, sona yaxındır. ABŞ hələ işi bitirməyib. Görək, nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etmək istəyirlər”, — deyə Tramp qeyd edib.

Xatırladaq ki, aprelin 11-də ABŞ və İran arasında Pakistan vasitəçiliyi ilə danışıqlar keçirilib. Bu görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, Tehrana qarşı sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.

ABŞ-nin vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, Amerika öz qırmızı xətlərini aydın şəkildə müəyyən edib, lakin Tehran Vaşinqtonun şərtləri ilə razılaşmayıb.