Trampdan sonra Mask da dəyişiklik edir
Dünya
İlon Mask şirkətinin süni intellekt bölməsinin adını dəyişmək qərarı ilə gündəmə gəlib. Bölmənin yeni adının "SpaceXSİ" olacağı açıqlanıb.
News24.az xəbər verir ki, Mask oktyabrın 4-də X sosial şəbəkəsində "SpaceXAI" adının "SpaceXSI" olaraq dəyişdiriləcəyini bildirib.
“SI” ifadəsi “Super Intelligence” – “super intellekt” mənasını verir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası rəsmi sənədlərdə “AI” əvəzinə “SI” ifadəsindən istifadə edilməsini təşviq edib. Mask isə bu dəyişikliyi dəstəkləyərək “Artıq "AI" yoxdur. "SI" daha yaxşıdır” fikrini səsləndirib.