Trampdan Türkiyə mesajı: "Heç kim mənə nə satacağımı deyə bilməz"
Dünya
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonun Türkiyəyə F-35 qırıcılarının satışına qarşı çıxmasına münasibət bildirib.
News24.az xəbər verir ki, Türkiyə KİV-in məlumatına görə, Tramp Vaşinqtondan Miçiqan ştatına səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə toxunub.
ABŞ Prezidenti bildirib ki, "Heç kim mənə kimə nə satıb-satmamalı olduğumuzu deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir."
Tramp, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı dostu adlandırıb.
Türkiyə ilə İsrail arasında fikir ayrılıqlarının hər kəsə məlum olduğunu qeyd edən ABŞ lideri Ankaraya səfərini xatırladaraq, "Türkiyə möhtəşəm və çox güclü ölkədir. Onların böyük və güclü ordusu, çox müasir hərbi texnikası var", - deyə əlavə edib.