Trampın adının silinməsinı 14 gün vaxt verildi
Dünya
ABŞ Federal məhkəməsi prezident Donald Trampın adının Con Kennedi adına İfaçılıq Sənətləri Mərkəzinin fasadından götürülməsi barədə qərar çıxarıb.
News24.az xəbər verir ki, qərara əsasən, hakim cavabdehlərə iki həftə ərzində Trampın adını mərkəzin fasaddan və bütün rəsmi materiallardan, o cümlədən rəqəmsal və fiziki lövhələrdən silməyi tapşırıb.
Bununla yanaşı, hakim binanın iki il müddətinə bağlanmasını nəzərdə tutan yenidənqurma planlarını da dayandırıb.
Mərkəzin bağlanması və adının dəyişdirilməsinə qarşı iddianı Kennedi Mərkəzinin Himayəçilər Şurasının üzvü olan konqresmen Coys Bitti qaldırıb.
Ağ Evin məlumatına görə, müəssisənin adının dəyişdirilməsi təşəbbüsü ötən ilin dekabrında sözügedən Şura tərəfindən irəli sürülüb.
Prezidentin mətbuat katibi Kerolayn Levitt bildirib ki, qərar Trampın son bir ildə binanın xilas edilməsi üçün gördüyü inanılmaz işlərlə bağlıdır. Donald Tramp hazırda mərkəzin Himayəçilər Şurasına rəhbərlik edir.
Mərkəzin 4 iyul tarixindən bağlanacağını da Donald Tramp elan etmişdi. O, binanın istənilən an çökə biləcəyini və təcili yenidənqurmaya ehtiyac olduğunu söyləmişdi.
“Birləşmiş Ştatların tarixində heç bir prezident məhkəmələr tərəfindən mənə göstərilən qədər ədalətsiz münasibətlə üzləşməyib”, – deyə Tramp hakimin bugünkü qərarını şərh edib. /The Wall Street Journal/