Trampın iqamətgahına girmək istədi - Zərərsizləşdirildi
Dünya
ABŞ Məxfi Xidməti silahlı şəxsin ABŞ Prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahına girməsinin qarşısını alıb.
News24.az xəbər verir ki, bu barədə Gizli Xidmətin rəhbəri Entoni Quqlielmi sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Bu səhər tezdən təhlükəsiz Mar-a-Laqo kompleksinə qanunsuz daxil olan silahlı şəxs ABŞ Gizli Xidmətinin agentləri və polisi tərəfindən zərərsizləşdirildi”, - o qeyd edib.
Təxminən 20 yaşlı kişinin yanında tapança və yanacaq kanistri olub.(qafqazinfo)