İrana qarşı hərbi əməliyyatların dayandırması ilə bağlı qətnamə təsdiqləndi
Dünya
ABŞ Senatı prezident Donald Trampın Konqresin təsdiqi olmadan İrana qarşı başladığı hərbi əməliyyatları dayandırmasını tələb edən qətnaməni təsdiqləyib.
News24.az xəbər verir ki, qətnaməni 50 qanunverici senator dəstəkləyib.
Onların arasında respublikaçı Bill Kassidi, Syuzan Kollinz, Liza Murkovski və Rend Pol da var.
Qətnamənin əleyhinə isə 48 senator, o cümlədən demokrat Con Fetterman səs verib.
Qətnamə ABŞ Silahlı Qüvvələrinin Konqres tərəfindən sanksiyalaşdırılmamış İrana qarşı hərbi əməliyyatlarda iştirakının dayandırılmasını tələb edir.
Məlumatda o da qeyd olunub ki, qərar Konqresin hər iki palatası tərəfindən qəbul edilsə də, qətnamə hüquqi qüvvəyə malik deyil və prezidentin imzasını tələb etmir. /RİA/