Trampın İranla bağlı səlahiyyətlərini məhdudlaşdıran qətnamə təsdiqləndi
Dünya
ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları davam etdirmək səlahiyyətlərini məhdudlaşdıran qətnaməni təsdiqləyib.
News24.az xəbər verir ki, səsvermə zamanı dörd respublikaçı demokratlara qoşulub.
Qətnamə 208 əleyhinə, 215 lehinə səslə qəbul edilib.
Qətnamə Trampa Konqres əlavə hərbi əməliyyatlara icazə vermədiyi təqdirdə ABŞ qoşunlarını İrana qarşı döyüş əməliyyatları zonasından çıxarmağı tapşırıb.
Qeyd edək ki, ABŞ-İran müharibəsi başlayan zaman Tramp respublikaçı həmkarlarının böyük əksəriyyətinin dəstəyindən yararlanırdı.
Lakin müharibə uzandıqca və onun nə vaxt başa çatacağı bəlli olmadıqca, bəzi respublikaçılar tərəddüd etməyə başlayıblar. /Sinxua/