Trampın keçirdiyi görüşlərlə bağlı Ağ Evdən AÇIQLAMA

Trampın keçirdiyi görüşlərlə bağlı Ağ Evdən AÇIQLAMA Dünya

Ağ Ev ABŞ Prezidenti Donald Trampın iyulun 28-də Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşləri müsbət qiymətləndirib.

News24.az-ın xəbərinə görə, Ağ Evin mətbuat katibi Karolayn Livitt "X" sosial şəbəkəsində paylaşım edərək bildirib ki, hər iki görüş pozitiv və məhsuldar keçib. O, danışıqların məzmunu ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Məlumata görə, Trampın Netanyahu ilə görüşündə ABŞ tərəfdən vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak ediblər.

Qeyd edək ki, bu, Donald Trampın ikinci prezidentlik müddətinə başlamasından sonra Benyamin Netanyahu ilə keçirdiyi səkkizinci görüş olub.