Trampın Nobel Sülh Mükafatı uğrunda prezidentliyə rəqibi var
Dünya
Braziliya Prezidenti Luis İnasio Lula da Silva dördüncü prezidentlik müddətində Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid edir.
News24.az xəbər verir ki, bu barədə “Estadao” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Lula da Silva aclıq və yoxsulluqla mübarizə, iqlim dəyişikliyi ilə mübarizə və meşələrin qorunması istiqamətində beynəlxalq əməkdaşlığı dəstəkləyir. O, həmçinin Ukrayna münaqişəsinin diplomatik yolla həllinə çağırıb və vasitəçilik təklif edib.
Məlumata görə, Braziliya lideri Nobel Sülh Mükafatını qazanmaq məqsədilə ölkənin xarici işlər naziri Mauro Vieyranın təcrübəsinə və nüfuzuna güvənir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da dəfələrlə Nobel Sülh Mükafatına layiq görülmək istədiyini bildirib.