Trampın oğlu Ağ Evdə toy etmək istəyir
Dünya
ABŞ prezidenti Donald Trampın oğlu kiçik Tramp və Bettina Anderson yaxın günlərdə Ağ Evdə dəbdəbəli toy keçirməyi planlaşdırırlar.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, toyda ABŞ prezidenti və xanımı Melania Tramp da iştirak edə bilər.
Cütlük artıq mayın 21-də Florida ştatında gizli şəkildə nikaha girib.
Mərasim Bettinanın əkiz bacısının evində keçirilib.
Daha əvvəl - 2025-ci ilin dekabrında onlar Ağ Evdə münasibətlərini nişanla rəsmiləşdirmişdilər. Mənbələrə görə, cütlük toyunu ə ailə və yaxın dostlarla qeyd edəcək. Məclisin Baham adalarında keçirilməsi nəzərdə tutultb.
Ağ Evdəki mərasimin dəbdəbəli keçirilməsi də hələlik müzakirə olunur.