Trampın öldürülməsinə çağırış edildi
Dünya
ABŞ-nin Florida ştatından Respublikaçılar Partiyasından Konqresə namizəd keçmiş dəniz piyadaçısı Uilyam Upham prezident Donald Trampla bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
News24.az xəbər verir ki, Upham sosial şəbəkədə paylaşdığı yeddi dəqiqəlik videoda Trampı "Dəccal" və "yalançı Məsih" adlandırıb və onun öldürülməli olduğunu deyib. Bu açıqlamalar ABŞ-də ciddi müzakirələrə və kəskin reaksiyalara səbəb olub.
"Fox News"un məlumatına görə, Florida ştatının 5-ci Konqres dairəsindən namizədliyini irəli sürən Upham çıxışında ölkənin "mənəvi müharibə" içində olduğunu bildirərək, Trampın amerikalılar üçün təhlükə yaratdığını iddia edib.
ABŞ Dəniz Piyadaları Korpusu isə yayımladığı bəyanatda keçmiş hərbçinin fikirlərini qətiyyətlə pisləyib. Qurum bildirib ki, Upham 30 may 2025-ci ildə tibbi səbəblərlə xidmətdən tərxis olunub.