"Trampın Tehranın tələblərini qəbul etməkdən başqa yolu yoxdur"

"Trampın Tehranın tələblərini qəbul etməkdən başqa yolu yoxdur" Dünya

Donald Trampın Tehranın tələblərini qəbul etməkdən başqa yolu yoxdur”.

News24.az xarici yerli KİV-lərə istinadən xəbər verir ki, bu sözləri İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlai-Nik deyib.

O bildirib ki, Tramp İranın hüquqlarını tanımalı və İran xalqının tələblərini qəbul etməlidir. Onun sözlərinə görə, əks halda bu, əlavə itkilərə səbəb olacaq.

Təlai-Nik bildirib ki, həm müharibə, həm də diplomatiya sahəsində İranın tələblərinin yerinə yetirilməsi yeganə çıxış yoludur.

O vurğulayıb ki, əgər qarşı tərəf İran xalqının qanuni tələblərinə tabe olmasa, bu, Tramp və “sionist düşmən” üçün daha böyük zərərlər və ardıcıl məğlubiyyətlərlə nəticələnəcək.

Rza Təlai-Nik əlavə edib ki, Trampın ABŞ-nin milli maraqlarına laqeyd münasibəti, İsraillə yaxınlaşması və təkəbbürlü davranışı Vaşinqtonu daha da müharibə bataqlığına sürükləyəcək.