Trampın uşaqlığını keçirdiyi ev satışa çıxarıldı
Dünya
ABŞ Prezidenti Donald Trampın uşaqlığının ilk illərini keçirdiyi ev satışa çıxarılıb.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Manhettendən təxminən 23 kilometr məsafədə yerləşən beşotaqlı Tudor tipli bu ev 1940-cı ildə Trampın atası, memar və inşaatçı Fred Tramp tərəfindən inşa edilib. 232 kvadratmetr sahəsi və təxminən 93 kvadratmetrlik zirzəmisi olan ev sakit “Jamaica Estates” məhəlləsində yerləşir.
Evin satış qiyməti 2,3 milyon dollar olaraq müəyyən edilib. Bildirilir ki, bina uzun müddət baxımsız vəziyyətdə qalıb.