Trampla görüşdə iştirak etdiyinə görə vəzifədən azad edildi

Trampla görüşdə iştirak etdiyinə görə vəzifədən azad edildi Dünya

Kosta Rikanın prezidenti Laura Fernandes xarici işlər naziri Manuel Tovarı ABŞ Prezidenti Donald Trampla keçirilən görüşdə iştirak etdiyinə görə vəzifəsindən azad edib.

News24.az xəbər verir ki, Tovar sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Trampın rəhbərliyi ilə keçirilən “Amerikalar Qalxanı” görüşündə iştirak edib. Görüş narkotik ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunub.

Kosta Rika hökumətinin açıqlamasına görə, Tovar görüşdə prezidentə əvvəlcədən məlumat vermədən iştirak edib. Bu səbəbdən Fernandesin toplantıya qatılmaq imkanı olmayıb.

Fernandes Tovarı vəzifədən azad edib və onun səlahiyyətlərinin müvəqqəti olaraq xarici ticarət naziri İndiana Trexosa həvalə olunacağını bildirib.

Qeyd edək ki, Tovar may ayında xarici işlər naziri təyin edilmişdi.