Xalq “Qarabağ hərəkatı”nı davam etdirməmək qərarını təsdiqlədi - Paşinyan
Dünya
“Yeni Konstitusiyanın qəbul edilməsi yalnız Ermənistanın daxili gündəliyidir. Ermənistan vətəndaşları “Vətəndaş müqaviləsi” partiyasına səs verməklə bu gündəliyə də səs veriblər”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Yeni Konstitusiyanın mətnini yaxın aylarda dərc edəcəyik. Daha əvvəl də dediyim kimi, yeni Konstitusiyada 1990-cı il Müstəqillik Bəyannaməsinə heç bir istinad olmamalıdır. Biz “Qarabağ hərəkatı”nı davam etdirməmək və ona son qoymaq qərarını açıqladıq, xalq da bu qərarı təsdiqlədi”, – deyə Paşinyan bildirib.
TRIPP layihəsindən danışan Paşinyan bildirib ki, layihə Ermənistanın blokadasına son qoyacaq.
“TRIPP dəmir yolu Nrnadzor–Ağarak marşrutu ilə keçəcək. Sovet dövründə Azərbaycanla Naxçıvan arasındakı əlaqə məhz bu marşrutla həyata keçirilirdi. Bu xətt Ermənistanı Azərbaycan ərazisi vasitəsilə Rusiya və Mərkəzi Asiya ilə birləşdirəcək. ”, – deyə Paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, bu dəmir yolu Ermənistanı Azərbaycan ərazisi vasitəsilə Rusiya və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Aqarakdan yük qatarları Naxçıvana hərəkət edəcək.