Türkiyədə minik avtomobili ilə avtobus toqquşdu, yaralılar var – FOTOLAR
Dünya
Türkiyənin Aydın şəhərində minik avtomobili ilə rayonlararası avtobus toqquşub.
News24.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Toqquşmanın təsirindən avtobus yolun ortasındakı dəmir maneəyə çırpılıb.
Əraziyə təcili yardım və xilasedicilər cəlb edilib. Yaralıların həyati təhlükəsi olmadığı bildirilib.