Türkiyədə qəza: 4 nəfər öldü, 16 nəfər yaralandı – FOTO

Türkiyədə qəza: 4 nəfər öldü, 16 nəfər yaralandı – FOTO Dünya

Türkiyənin İsparta vilayətində turistləri gəzdirən mikroavtobusun idarəetməni itirərək dərəyə yuvarlanması nəticəsində 4 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

News24.az xəbər verir ki, İspartanın Gelendost rayonunda baş verən hadisə nəticəsində yaralanan 16 nəfərdən 5-inin vəziyyəti ağırdır.

Məlumata görə, mikroavtobusun sürücüsü güclü yağış səbəbilə idarəetməni itirib.

Daha sonra içərisində sərnişinlərin olduğu mikroavtobus dərəyə yuvarlanıb.

Hadisə ilə bağlı araşdırma aparılır. (APA)

Türkiyədə qəza: 4 nəfər öldü, 16 nəfər yaralandı – FOTO Türkiyədə qəza: 4 nəfər öldü, 16 nəfər yaralandı – FOTO