Tsarukyanın həbs müddəti uzadıldı
Dünya
Ermənistanda müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın həbs müddəti daha üç ay uzadılıb.
News24.az xəbər verir ki, Tsarukyanın müdafiə tərəfi qərarı qanunsuz hesab edib və ondan apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Qeyd edək ki, Qaqik Tsarukyan xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.
Məlumat üçün bildirək ki, iyunun əvvəlində Tsarukyan barəsində xüsusilə külli miqdarda vergidən yayınma maddəsi ilə də cinayət işi başlanmışdı.
Həmin vaxt onun barəsində ölkədən çıxış qadağası tətbiq edilmişdi.