Tupakın anası onun külünü siqaret əvəzinə çəkib - Şok iddia

Tupakın anası onun külünü siqaret əvəzinə çəkib - Şok iddia Dünya

Məşhur musiqi prodüseu Syuq Nayt reper Tupak Şakurun ölümündən sonra baş verənlərlə bağlı inanılmaz təfərrüatları açıqlayıb.

News24.az xəbər verir ki, Nayt repçinin anasının digər şəxslərlə birgə oğlunun kremasiya edilmiş külünü marixuana siqaretlərinə bükərək çəkdiyini iddia edib.

Şakurun ölümündən sonra onun anası dəfn mərasiminin təşkilini öz üzərinə götürüb.

Naytın sözlərinə görə, məhz o, repçinin mümkün qədər tez kremasiya edilməsində israr edib.

Reperin anası təcili kremasiyanın vacib olduğunu və bunun üçün 1,2 milyon dollar təklif edib.

Kremasiyadan sonra Tupakın anası Naytı Las-Veqasda qaldığı otelə dəvət edib.

Naytın sözlərinə görə, burada anası və daha bir neçə nəfər repçinin külünü xırdalayıb, tütün və marixuananaya qarışdıraraq çəkiblər.

Nayt özü isə buna qoşulmayıb.

Nayt bu şok iddianı Tupak Şakurun qətlində ittiham olunan Dueyn “Kif Di” Devisin məhkəməsi zamanı səsləndirib.