Turistləri daşıyan qayıq aşdı
Dünya
Rusiyanın Buryatiya Respublikasında - Baykal gölündə turistləri daşıyan qayıq aşıb.
News24.az xəbər verir ki, hadisə Pribaikalski rayonunun Qoryaçinsk qəsəbəsində baş verib. İlkin məlumata görə, şişmə su divanını çəkən qayıq dönüş zamanı idarəetməni itirərək aşıb və batmağa başlayıb.
Məlumata görə, turistlər xəsarət almayıb və qısa müddətdə sahilə çıxarılıblar.