Türk hərbçiləri 304 nəfəri xilas edib

Türk hərbçiləri 304 nəfəri xilas edib Dünya
Türk Silahlı Qüvvələrinin hərbçiləri ölkənin cənub-şərqində baş verən zəlzələdən sonra dağıntılar altından 304 nəfəri sağ çıxarıb.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

O, bundan əlavə, 2 250 şəxsin cəsədinin də hərbçilər tərəfindən dağıntılar altından çıxarıldığını qeyd edib.

Nazir Akarın sözlərinə görə, 65 təyyarə və 70 helikopter vasitəsi ilə hava dəhlizi yaradaraq, bölgəyə humanitar yardımın çatdırılması, axtarış-xilasetmə işlərinə dəstək təmin edilib. /APA/