Türkiyədə ağır qəza: 6 ölü, 15 yaralı

Türkiyədə ağır qəza: 6 ölü, 15 yaralı Dünya
Türkiyənin Balıkesir vilayətində ağır qəza olub.

News24.az xəbər verir ki, süd daşıyan maşınla mikroavtobus toqquşub, nəticədə 6 nəfər həyatını itirib, 15 nəfər isə ağır xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili yardım briqadaları və xilasedicilər cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.