Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını artırdı

Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını artırdı Dünya

Türkiyə iyulun 1-dən Bosfor və Dardanel boğazlarından tranzit keçid haqqını 15 faiz artırıb.

News24.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, bu il tranzit haqqı hər ton üçün 5,83 dollardan 6,7 dollara qaldırılıb.

Bu, son dörd il ərzində tranzit tariflərinin üçüncü dəfə artırılmasıdır.

Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirmişdi ki, ilkin hesablamalara əsasən, ölkə 2025-ci il iyulun 1-dən 2026-cı il iyunun 30-dək boğazlardan keçən gəmilərdən 254 milyon dollar gəlir əldə edəcək.