Türkiyə Ermənistanla sərhədi açır -Tarix açıqlandı

Türkiyə Ermənistanla sərhədi açır -Tarix açıqlandı Dünya

Türkiyə quru sərhəddin açılmasından sonra Ermənistanla ticarət dövriyyəsini 1 milyard dollara qədər artırmağı planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Məlumata görə, Alican və Akyaka sərhəd keçid məntəqələrinin bu yay istifadəyə verilməsi planlaşdırılır.

Qeyd olunub ki, Ermənistandakı keçid məntəqələri artıq bir neçə ildir hazırdır, lakin Türkiyədəki məntəqələrin açılması ilə bağlı hələ də rəsmi qərar verilməyib.

Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 300–350 milyon dollar səviyyəsində qiymətləndirilir.