Türkiyə F-35-lərə görə S-400-ləri satdı - Alan hansı ölkədir?
Dünya
Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket sistemləri Fars körfəzi ölkələrindən birinə satılıb.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, sövdələşmə ilə bağlı rəsmi açıqlamanın bu gün veriləcəyi gözlənilir.
S-400-lərin Birləşmiş Ərəb Əmirlikləri və ya Qətərə göndərildiyi iddia olunur.
Türkiyə hakimiyyəti isə hələlik bu xəbərə münasibət bildirməyib.
Qeyd edək ki, bundan öncə Türkiyə KİV-ləri Ankaranın ABŞ-nin CAATSA sanksiyalarından çıxmaq və F-35 qırıcı proqramına qayıtmaq üçün S-400-lərin Fars körfəzi ölkələrindən birinə satılması variantını nəzərdən keçirdiyini yazıb.
Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollar dəyərində dörd divizion S-400 hava hücumundan müdafiə sistemi alıb.
Bu alışdan sonra Ankara ABŞ-nin F-35 proqramından çıxarılıb.