Türkiyə kazinoda görüntüləri yayılan konsulunu dəyişdi

Türkiyə kazinoda görüntüləri yayılan konsulunu dəyişdi Dünya

Türkiyə Xarici İşlər Nazirliyi ölkənin Batumidəki baş konsulu Adnan Altay Altınörsü geri çağırıb.

News24.az xəbər verir ki, buna səbəb diplomatın kazinoda çəkilmiş fotoşəkillərinin sosial şəbəkələrdə yayılması olub.

Yayılan görüntülər geniş ictimai rezonansa və diplomatik dairələrdə müzakirələrə səbəb olub.

Bundan sonra Xarici İşlər Nazirliyi Altınörsün qurumun Ankaradakı mərkəzi aparatına qaytarılması barədə qərar qəbul edib.

Nazirlik xəbərin dərc olunduğu vaxta qədər fotoşəkillərin ortaya çıxma şəraiti və mümkün xidməti yoxlamanın nəticələri barədə rəsmi şərh verməyib.

Türkiyənin Batumidəki yeni baş konsulu vəzifəsinə daha əvvəl Türkiyənin Tbilisidəki səfirliyinin müşaviri postunu tutan Banu Terzioğlu təyin edilib.

Terzioğlu 2005-ci ildən Türkiyə XİN sistemində çalışır və böyük diplomatik təcrübəyə malikdir.

O, müxtəlif illərdə protokol, Cənubi Asiya ilə əlaqələr və Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı məsul departamentlərdə fəaliyyət göstərib, həmçinin Türkiyə xarici işlər nazirinin müşaviri olub.

Terzioğlu 2019-cu ildən 2025-ci lərə qədər Türkiyənin Almaniyanın Karlsrue şəhərindəki baş konsulluğuna rəhbərlik edib, daha sonra isə Türkiyənin Tbilisidəki səfirliyinin müşaviri təyin olunub. Yeni baş konsul artıq vəzifəsinin icrasına başlayıb. /Hebrler.com/