Türkiyə LGBT üzvlərini daşıyan gəmini ölkəyə buraxmadı
Dünya
Türkiyə “Atlantis Events” şirkətinin təşkil etdiyi LGBT kruiz gəmisinin ölkə limanlarına girişinə icazə verməyib.
News24.az xəbər verir ki, hakimiyyət bu qərarını Türkiyə cəmiyyətinin mənəvi dəyərləri və ənənələri ilə əsaslandırıb.
ABŞ-dən 1000-dən çox sərnişini daşıyan “Virgin Voyages” şirkətinə məxsus “Scarlet Lady” kruiz gəmisi iyulun 7-də Kuşadasına, daha sonra isə İstanbul limanına yan almalı idi.
Lakin Türkiyə hakimiyyəti gəminin yerli dəyərlərlə uyğun gəlməyən qruplar tərəfindən icarəyə götürüldüyünü bildirərək dayanacaqları ləğv edib.
Nəticədə kruiz marşrutu dəyişdirilib və gəmi Türkiyə əvəzinə Misirin Qahirə şəhərinə və Yunanıstanın Krit adasına yollanacaq. /CNN/