Türkiyə Netanyahunu beynəlxalq axtarışa verdi

Türkiyə Netanyahunu beynəlxalq axtarışa verdi Dünya

Türkiyə İsrailin Baş naziri Benyamin Netanyahunu İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışa verib.

News24.az xəbər verir ki, qərar "Sumud" humanitar flotiliyası ilə bağlı məhkəmə prosesi zamanı qəbul edilib.

Məlumata görə, İstanbulun 11-ci Ağır Cinayətlər Məhkəməsi Netanyahu və iş üzrə digər təqsirləndirilən şəxslər barəsində insanlıq əleyhinə cinayətlər, soyqırımı, qanunsuz azadlıqdan məhrumetmə, amansız rəftar, qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və nəqliyyat vasitələrinin qanunsuz saxlanılması ittihamları ilə həbs qərarı çıxarıb.

Qeyd edək ki, bundan əvvəl məhkəmə İstanbul Prokurorluğunun ittiham aktı əsasında Benyamin Netanyahu və İsrailin daha 34 yüksək vəzifəli rəsmisi barəsində cinayət işi açmışdı.

Prokurorluq onların hər biri üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edir. /Halk Tv/