Türkiyə ordusu PKK-ya qarşı hava əməliyyatı keçirib

Türkiyə ordusu PKK-ya qarşı hava əməliyyatı keçirib Dünya

İraqın şimalında PKK və ona bağlı terror təşkilatlarının hədəflərinə növbəti zərbələr endirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Məlumatda 22 hədəfin məhv edildiyi bildirilib.