Türkiyə ordusu İraqın şimalında daha 5 terrorçunu öldürüb

Türkiyə ordusu İraqın şimalında daha 5 terrorçunu öldürüb Dünya
Türkiyə ordusu İraqın şimalındakı Pəncə-Kilit və Pəncə-Pələng əməliyyatı bölgələrində daha 5 PKK terrorçusu zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Twitter“ hesabında məlumat verilib.

“Terrorun kökünü kəsməkdə qərarlıyıq! Qəhrəman mehmetçik İraqın şimalında Pəncə-Kilit və Pəncə-Pələng əməliyyatı bölgələrində aşkar etdiyi 5 PKK terrorçusu zərərsizləşdirildi”,- deyə paylaşımda bildirilir.