Türkiyə ordusu şəhidlər verdi: - Ərdoğandan İLK AÇIQLAMA

Türkiyə ordusu şəhidlər verdi: - Ərdoğandan İLK AÇIQLAMA Dünya

Dünən İraqın şimalında terrorçuların həyata keçirdiyi hücumlar zamanı şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm.

News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid olan 6 hərbçi barədə danışarkən deyib.

“Hərbçilərimizin qanı yerdə qalmayıb. Terrorçu əclaflar tökdükləri qana görə cavab veriblər və verəcəklər. Əməliyyatlar zamanı İndiyədək 12 terrorçu zərərsizləşdirilib”, - Ərdoğan bildirib.