Türkiyə Ukraynaya "Bayraktar" verəcək
Dünya
Türkiyə Ukraynaya" Bayraktar Akıncı" pilotsuz təyyarələri verməyi düşünür.
News24.az "TASS"-a istinadla xəbər verir ki, Bunu “Baykar” istehsalat şirkətinin baş direktoru Haluk Bayraktar deyib.
“Bayraktar Akıncıya gəlincə, bu məsələ nəzərdən keçirilir”, o, “Azadlıq” radiosuna müsahibəsində deyib.
Bayraktarın sözlərinə görə, Ukraynada müəyyən tipli İHA istehsal etmək üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır. "Müdafiə sahəsində əməkdaşlıqda dövlətin icazəsi lazımdır və bizdə bu icazə var. Ona görə də Akıncı məsələsi nəzərdən keçirilir", - şirkət rəhbəri əlavə edib.
Sentyabrın 29-da Kiyevdə keçirilən birinci müdafiə sənayesi forumunda Bayraktar Ukraynada Bayraktar pilotsuz uçan aparat istehsal edən zavodun tikintisini 1,5 il ərzində başa çatdırmağı planlaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, şirkət bütövlükdə Ukraynaya təxminən 100 milyon dollar sərmayə qoyur.
Aydan