Türkiyə üzərinə götürdü: - bu ay Ukraynada sülh...
Dünya
Türkiyə Ukraynada müharibənin dayandırılması məsələsini müzakirə etmək üçün oktyabr ayında İstanbulda müttəfiq ölkələrin milli təhlükəsizlik müşavirləri səviyyəsində görüş keçirməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“İştirakçılar Ukraynada uzunmüddətli sülhə nail olmağın yollarını müzakirə edəcəklər”, - agentlik xəbər verir.
Görüşdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın iştirak edəcəyi qeyd edilir. Mümkün iştirakçıların dəqiq sayı barədə məlumat verilmir.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Rusiya nümayəndələri dəvət edilməyib.
Ayşən