Türkiyədə zəlzələ oldu
Dünya
Türkiyədə Aralıq dənizində yeraltı təkanlar qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 10:21-də baş verən zəlzələnin maqnitudası 3,5, ocağının dərinliyi isə 20,43 kilometr olub.
Yeraltı təkanlar Antalyanın bəzi rayonlarında qısa müddət ərzində hiss edilib.