Türkiyədə 163 yanğın söndürüldü
Dünya
Türkiyədə son sutka ərzində ölkə üzrə 169 yanğına müdaxilə olunub, onlardan 110-u meşə ərazilərindən kənarda baş verib.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı "X" sosial şəbəkəsində paylaşım edib.
Nazirin sözlərinə görə, baş vermiş yanğınlardan 163-ü tam nəzarət altına alınıb.
"Son olaraq Antalya vilayətinin Kaş və Isparta vilayətinin Eğirdir rayonlarında qeydə alınan yanğınlar da söndürülüb. Hazırda 5 vilayətdə 6 yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Mersinin Gülnar və Muğlanın Seydikemer rayonlarında yanğınlar böyük ölçüdə nəzarət altına alınıb", - məlumatda qeyd olunub. (Report)