Türkiyədə 2 naməlum PUA tapıldı - FOTO

Türkiyədə 2 naməlum PUA tapıldı - FOTO Dünya

Türkiyənin Kastamonu vilayəti Kuşkayası kəndi yaxınlığında yaşayış evinin ərazisində pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

News24.az xəbər verir ki, çəkisi 200 kiloqramdan çox olan aparat yerə düşdükdən sonra yanmağa başlayıb.

Daha bir PUA isə Samsun vilayətinin Alasam rayonunda tapılıb.

Hadisə yerinin ətrafı hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

Hər iki aparatın hansı ölkəyə məxsus olduğunu müəyyənləşdirmək üçün araşdırma aparılır. /İHA/

Türkiyədə 2 naməlum PUA tapıldı - FOTO