Türkiyədə ağır qəza - Çox sayda yaralı var
Dünya
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, Kayseridə sərnişin avtobusu ilə yanacaqdaşıyan yük maşını toqquşub.
Toqquşma zamanı həm yük maşını, həm də avtobus aşıb.
Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım, yanğınsöndürmə əməkdaşları cəlb olunub.
Qəza nəticəsində təxminən 30 nəfər yaralanıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra şəhərdəki müxtəlif xəstəxanalara çatdırılıblar.
Yaralılar arasında həyati təhlükəsi olan var.
Hazırda hadisə yerində işlər davam edir.
Faktla bağlı araşdırma başlanılıb.