Türkiyədə ağır yol qəzası - 30 yaralı

Türkiyədə ağır yol qəzası - 30 yaralı Dünya
Türkiyədə ağır yol qəzası olub.

News24.az
xəbər verir ki, qəza Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusunun sürücüsünün sükanı itirməsi nəticəsində baş verib.

Qarşı zolağa keçən avtobus aşıb. Nəticədə 30 nəfər yaralanıb. 

Təcili yardın qruplarının ilkin müdaxiləsindən sonra yaralılar Kastamonu Təhsil və Araşdırma Xəstəxanası, Taşköprü və Kastamonudakı digər xəstəxanalara aparılıblar. 

Qəza zamanı avtobusda 37 sərnişin və 3 personal olub. /Haber Global/

Teymur MƏMMƏDOV