Türkiyədə ata zəlzələdən sağ çıxan qızını - GÜLLƏLƏDİ

Türkiyədə ata zəlzələdən sağ çıxan qızını - GÜLLƏLƏDİ Dünya
Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdə həyat yoldaşını və 2 uşağını itirən Ferit Dayan adlı müəllim sağ qalan qızını güllələyib.

News24.az "Sondakika" ya istinadən xəbər verir ki, hadisə Adıyamanda baş verib. 

Ferit Dayan həyətdə oynayan 12 yaşlı qızını yaşadıqları evə çağırıb, onun başına silahla atəş açıb. Sonra o, həmin silahla intihar edib. 

12 yaşlı qız isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

İlkin ehtimala görə, Ferit Dayan zəlzələdən sonra depressiyaya düşüb və onun psixoloji vəziyyəti yerində olmayıb. 

Faktla bağlı araşdırmalar davam edir.

Qumral Əliyeva