Türkiyədə avtobus aşdı - 45 yaralı
Dünya
Türkiyənin Konya vilayətində sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 45 nəfər yaralanıb.
News24.az xəbər verir ki, hadisə gecə saat 02:00 radələrində Isparta-Beyşehir avtomobil yolunda baş verib.
Antalya-İğdır marşrutu üzrə hərəkət edən “Yeni Diyarbakır” şirkətinə məxsus avtobusun sürücüsü Beyşehir şəhərinə təxminən 20 kilometr qalmış idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq yol kənarındakı yamaca aşıb.
Yaralılar təcili tibbi yardım maşınları ilə Beyşehir Dövlət Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, sərnişinlərdən 40 nəfər yüngül xəsarətlər alıblar.
Beş nəfər Konyaya, üç nəfər isə Seydişehir rayonundakı xəstəxanalara göndərilib.