Türkiyədə baş verən zəlzələdə - 76 ölü, 440 yaralı

Türkiyədə baş verən zəlzələdə - 76 ölü, 440 yaralı Dünya
Türkiyədə 7.4 bal gücündə zəlzələ olub.

News24.az xəbər verir ki, Bakı vaxtı ilə 05:17-də qeydə alınan zəlzələnin episentri Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində yerin 7 km dərinliyində olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin yaydığı rəsmi məlumata görə, zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman və Malatyada 76 nəfər həyatını itirib, 440 nəfər isə yaralanıb. /CNN Türk/

Teymur MƏMMƏDOV