Türkiyədə bir günlük matəm elan edilib

Türkiyədə bir günlük matəm elan edilib Dünya

Avqustun 2-si Türkiyədə bir günlük matəm elan edilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında yazıb.

“Fələstin davasına dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi nümayiş etdirmək üçün HƏMAS siyasi bürosunun lideri İsmail Həniyənin şəhid olması ilə əlaqədar 1 günlük milli matəm elan edildi”, - Ərdoğan sosial şəbəkə hesabında yazıb.