Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı Dünya

Türkiyədə daha bir bələdiyyədə əməliyyat keçirilib.

News24.az xəbər verir ki, əməliyyat İzmir şəhərinin Menderes Bələdiyyəsində “rüşvət” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” iddiaları ilə bağlı başladılan istintaq çərçivəsində reallaşdırılıb.

Əməliyyat zamanı Menderes bələdiyyəsinin sədri İlkay Çiçek də daxil olmaqla 21 nəfər saxlanılıb.